Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Fransız bulkaları

 
 
Tərkibi:
hazır mayalı qat-qat xəmir
200 q kişmiş
200 q damla şokolad
"Kuantro” likörü və ya konyak

Krem:
0,5 l süd
100 q şəkər tozu
0,5 ç.q. vanilli şəkər
1,5 x.q. un
2 yumurta

Şərbət:
0,5 st su
0,5 st. şəkər tozu

Xəmirin donunu soyuducunun aşağı gözünə qoymaqla açın.
Kişmişi bir gecə öncədən konyakda və ya "Kuantro” liköründə isladın.
Krem: südə vanilli şəkər əlavə edib ocağın üstünə qoyun. O qızanadək 2 yumurtanı şəkər tozu və unla çalın, süd qaynamağa başlayanda südün 1/3-ni götürüb yumurta qarışığına nazik axınla əlavə edin (qarışdıra-qarışdıra), sonra bu qarışığı qaynayan südə əlavə edin, daim qarışdıraraq daha 5-7 dəqiqə bişirin. Soyudun.

Xəmiri yayın. Soyumuş kremi üzərinə çəkin. İki yerə bölün. Birinin üzərinə isladılmış kişmiş, digərinə isə damla şokolad səpin. Rulet kimi bükün. İti bıçaqla 2 sm qalınlıqlı dilimlərə doğrayın. Dilimlərin kənarı açılacaq, buna görə onların ucunu su ilə isladıb "gövdəyə” yapışdırın.

Perqament döşənmiş siniyə düzün, üstündən azacıq basıb yastılayın. Üzərinə yumurta sarısı çəkin. 20 dəqiqə şişməsi üçün saxlayın.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Bu müddətdə şərbət hazırlayın: yarım stəkan suda yarım stəkan şəkər tozunu əridib qaynadın.
Bulkaları sobadan çıxarandan sonra üzərinə bu şərbətdən çəkin ki, parıldasınlar.

Nuş olsun!

xoshbextqadin.az





Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}