Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Əsl Qarabağ Kətəsinin resepti

Azərbaycan mətbəxi ən dadlı və zəngin mətbəxlərdən biridir. Evdar.az milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxindən Qarabağ bölgəsinə məxsus əsl Qarabağ kətəsinin reseptini təqdim edir.





Tərkibi:
Xəmir üçün:
- 3 ədəd yumurta
- 0,5 stəkan şəkər tozu
- 11 qr (1 paket vanil)
- 150 qr yumşaldılmış kərə yağı
- 800 qr un
Opara üçün:
- 1 stəkan un
- 10 qr (1 paket) quru maya
- 1 stəkan isti süd
- 1 xörək qaşığı şəkər tozu
- çimdik duz
İçlik üçün:

- 300 qr dondurulmuş kərə yağı
- 1,5 stəkan şəkər kirşanı
- 11 qr (1 paket )vanil
- apardığı qədər un


Arasına yaxmaq üçün: əridilmiş kərə yağı
Üzərinə yaxmaq üçün: yumurta sarısı
Hazırlanma qaydası:


1. Oparanı hazırlamaq üçün un, maya, isti süd, şəkər tozu və duzu bir qabda qarışdırın. Mayalanması üçün 15 dəqiqəlik isti yerə qoyun.
2. Başqa bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Üzərinə kərə yağı və vanil töküb yaxşıca qarışdırın. Üzərinə mayalanmış oparanı da töküb qarışdırın. Unu da tədricən tökərək yumşaq xəmir yoğurun. Xəmiri isti yerə 1 saatlıq acımağa qoyun.


3. İçlik üçün donmuş kərə yağını rəndələyib üzərinə şəkər kirşanı, vanil və apardığı qədər un töküb ovun. İçliyi 45 dəqiqəlik soyuducuya yerləşdirin.


4. Xəmiri 5 yerə bölün. Unlanmış dəzgaha kündəni yayın və əridillmiş yağla yağlayın. İçliyi soyuducudan çıxarın və 5 hissəyə ayırın. İçliyin birinci hissəsini yaydığınız xəmirin üzərinə yayın və kənarlarını orta hissəsinə gətirərək bükün.

 
Kətəni unlu dəzgaha çevirin yüngülcə oxlovla yayın. Kənarlarına dairəvi və ya kvadrat forma verərək yayın. Üzərinə yumurta sarısı çəkib çəngəllə şəkil verib bir neçə yerindən deşin.

5. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Eyni qayda ilə qalan kündələri də yayıb içliklə doldurub bişirin.


Sirliqadın.az




Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}