Lokma şirniyyatı
Lokma şirniyyatının hazırlanması üçün lazım olan ərzaqlar:
Un-0.5kq
Yaş maya-05.paket
Şəkər tozu -1x.q
Lokma şirniyyatının şərbətinin hazırlanması üçün lazım olan ərzaqlar:
Şəkər tozu-1kq
Su-0.5 litr
Limon-0.5ədəd
Lokma şirniyyatının hazırlanması:
Un və 1 x.q şəkər tozu xəmir yoğurulacaq qaba tökülür, ortasına maya əlavə edilir və üzərinə ilıq su tökülərək maya əridilir.
Maya əridildikdən sonra unla qarışdırılaraq xəmir yoğrulur, şişmək üçün bir müddər saxlanılır.
Şişən xəmiri qızartmaq üçün, qızartma qabına duru yağ tökülür və yağ isindikdən sonra yumru qoz ölçüsündə düzəldilmiş lokmalar yağda qızardılır.
Şərbətini hazırlamaq üçün , qazanda 1 kq şəkər tozu, su və limon birlikdə qaynadılır.(Şərbəti qaynadarkən istəsəniz portağal qabığı da ata bilərsiniz)
Qızardılan lokmalar şərbətə tökülür və şərbətini çəkdikdən sonra süfrəyə verilir.Üzərlərinə zövqə uyğun olaraq darçın, əzilmiş püstə yada kakos tozu səpilə bilər.
Nuş Olsun!
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.