Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Toyuqlu Pide


 

Toyuqlu pide-nin hazırlanması üçün lazım olan ərzaqlar:

Un- 4st
Yaş maya- 0.5 paket
Duz
Su

Toyuqlu pide-nin içliyinin hazırlanması üçün ərzaqlar:

Toyuğun döş əti- 2 ədəd (bütöv şəkildə)
Pomidor- 3 ədəd
Soğan -2 ədəd
Yaşıl bibər- 3 ədəd
Tomat pastası-1 x.q
Təzə kəklikotu-1 ovuc
Kaşar pendiri -100qr
Duz
Qara istiot
Zeytun yağı



Toyuqlu pide-nin hazırlanması:

Un xəmirin yoğrulacağı qaba tökülür və ortası hovuz kimi açılaraq, yaş maya əlavə olunur.

 Mayanın üzərinə ilıq su əlavə edilir maya əridilərək xəmir yoğrulmağa başlanılır. Daha sonra yenə ilıq su əlavə edilir və xəmir yoğrulur. Orta yumşaqlıqda xəmir yoğrularaq, şişməyə qoyulur.

İçliyi üçün toyuğun döş əti xırda-xırda doğranılaraq içliyi qarışdıracağımız qaba tökülür. Pomidor, bibər və kəklikotunu nazik şəkildə doğranılıb toyuğun döş ətinə əlavə edilir. Duz, qara istiot, zeytun yağı tökülüb qarışdırılır. 

Şişmiş xəmir 8 hissəyə bölünüb kündələnir. Kündələrin üzərinə un səpilərək, naziltmədən oval formasında açılır.


 Hazırlamış içlik xəmirlərin arasında bərabər çəkildə paylaşdırılaraq üzərinə yerləşdirilir. Xəmirlərin kənarı yüngülcə qatlanılır. Ucları sıxılır və iki ucundan tutularaq yağlanmış soba qabına yerləşdirilir. 

Bütün kündələr eyni şəkildə hazırlanır. Əvvəlcədən 240 dərəcə tempraturda isidilmiş sobada bişirilir. 

Bişməyinə az müddət qalmış sobadan çıxardılır üzərinə sürtkəcdən keçirilmiş kaşar pendir səpilir və yenidən sobaya qoyulur. 

Kaşar pendir əridikdən sonra sobadan çıxarılaraq dilimlənir və süfrəyə verilir.

xoshbextqadin.az





Loading...

Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}