Qara rəngli libaslarla şıq və təmtəraqlı görünməyin yolları - FOTOLAR
- 12-08-2018, 18:19
- MODA / Ziyafət geyimləri
- 0
- 4 509
Hər qadının qarderobunda olması gərəkən, hər vəziyyətdə xilaskar, hər məkana uyğunlaşan bir libas deyəndə dərhal hamının ağlına o gəlir: Qısa, qara don!
Çalışan qadınlar üçün qarderobda olan libasların ofisdə geyinməyin mümkün olması əhəmiyyətli məsələdir. Çünki bir paltarı nə qədər bəyənsəniz də, onu işə geyinə bilmirsinizsə, deməli, o yalnız şkafınızı bəzəyəcək və sizin üçün lazımsız olacaq.
Qısa, qara paltarlar bu məsələdə olduqca münasibdir. Çünki onu doğru aksessuarlarla kombinə etdikdə həm işə geyinə bilərsiniz, həm də ad günə, dostlarla əyləncə mərasimlərinə və s. Daha şıq görünmək üçün qara libasınızı krem rəngli bleyzerlə tamamlaya bilərsiniz.
Sevdiyiniz şəxslə görüş üçün də qara libasın əvəzi yoxdur.
Əlbəttə ki, qara libas mərasimlər üçün ən gözəl variant ola bilər. Həm qadını şıq, həm də təmtəraqlı göstərən qara libasın qadın qarderodunda xüsusi yeri var.
Xoshbextqadin.az ilham almağınız üçün qara libaslar geyinmiş məşhurların fotolarını təqdim edir:
xoshbextqadin.az
- Müəllif: aysel
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.