Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Çanta alarkən nələrə diqqət etmək lazımdır?
  • 3-11-2019, 17:57
  • MODA
  • 1
  • 1 891

 

İş qadınlarının və ev xanımlarının üstünlüyü daha çox içinə hər
şeyi sığışdıra biləcəyi çantalar olur. Hündürdaban ayaqqablarla isə kiçik çantalara üstünlük verirlər.
Çanta seçdiyiniz zaman mütləq özünüzə bu sualı verin: "Çanta alarkən nələrədiqqət etməliyəm?”


Çanta ölçüləri
İlk öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra bilməlisiniz. Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Çanta ölçüləri geyiminiz və gedəcəyiniz məkanlarla əlaqəsi olmalıdır. Toya getdiyimiz zaman özümüzlə yeke çanta götürmərik, elə deyil?


Çantanın "bölmə”ləri
Qadınlar adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər. Həm çantalarına çox şey qoyduqları üçün, həm də çantalarındakı "bölmə”lər yetərsiz olduğu üçün ev açarını tapmaq qadınların xeyli zamanını alır.
Əgər dağınıq çantaya sahibsinizsə, çoxlu bölmələri olan çantalar istifadə edin və əşyalarınızı çantanın "bölmə”lərinə yerləşdirin. Bu zaman telefonunuz zəng etdiyi zaman asanlıqla tapa biləcəksiniz.


Çanta materialı
Çanta seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də materialdır. Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət istifadə etmək mümkündür. Parça çantaları yaz və ya yay aylarında istifadəsi idealdır. Tez çirklənməyinə baxmayaraq qolunuza yapışıb sizi tərlətməyəcək.


Çantanın rəngi
Çantanızın rəngi də təbii ki, çox önəmlidir. Əgər daha çox istifadə etmək istədiyiniz çanta istəyirsinizsə, qarderobunuzda hansı rəngin üstünlük təşkil etdiyinə fikir verərək seçim edin. Narıncı, çəhrayı və ya yaşıl kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də gündəlik istifadəsi mümkün deyil. Gündəlik istifadə üçün isə bej, boz və ya qara rənglərə üstünlük verin.


Çanta alarkən nələrə diqqət etməlisiniz?
Stilinizə uyğun olmayan parçaları bəyənə bilərsiniz, ancaq onlar gündəlik istifadə üçün uyğun olmayacaq. Buna görə də geyimlərinizə uyğun olan çantaya üstünlük verin. İş üçün isə daha ciddi modelə üstünlük verin, həftə sonu cins və t-şört kombinlərinizlə isə əyləncəli modelləri seçin.


xoshbextqadin.az





Loading...

Reytinq: +92
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



İstifadəçi saytda deyil Sultanim 31 may 2016 14:58
Canta alarken her zaman bunlara diqqet edirem. Cox sagolun.
Sitat    Şikayət et     
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}