Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Rekord qiymətə satılan qadın çantası

 
 
Honkonqda qadın çantası 300 min dollara satılıb.
Timsah dərisindən olan çanta briliyantlarla bəzədili
Bu barədə "Christie's" hərrac evi məlumat yayıb. Brilyantlarla bəzədilən əl çantası fransız moda evi "Hermes"in məhsulu olub. 
"Himalaya Niloticus Crocodile Diamond Birkin" model çanta timsah dərisindən hazırlanıb. Çantanın üzəri isə ağ qızıl və 18 karatlıq brilyant daşlarla bəzədilib. Çantanın sahibi hərraca telefonla qatılaraq ona sahib olub. Onun adı açıqlanmır. Düzdür, ekspertlər 2008-ci ildə hazırlanan bu nadir çantanın baha satılacağını proqnozlaşdırıblar. Lakin bu qədər yox...
"Bu hərraclarda qadın çantasına verilən ən yüksək məbləğdir", - deyə "France Press" agentliyinə hərrac evindən bildiriblər. 

Maraqlıdır ki, bundan öncəki rekord da "Hermes"ə aiddir. Timsah dərisindən, qızıl elementləri olan çanta da ötən ilin iyun ayında satılıb. Adı açıqlanmayan alıcı ona  221 min dollar pul ödəmişdi. 

Çanta britaniyalı aktrisa və müğənni Ceyn Birkinin şərəfinə adlandırılıb. Bu çanataların qiyməti 10 min dollardan başlayıb. 

"Hermes" moda evi 1837-ci ildə Fransada təsis edilib. Hazırda bu şirkət aksessuarlar - dəri və ipəkdən bahalı ayaqqabı, çanta, geyim, zinət əşyaları hazırlayır.




Loading...

Reytinq: -2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}