Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Bu geyimlər qadın sağlamlığına zərər verir - SİYAHI

Qələm ətək

 

 


Qələm ətək dizləri bir-birinə yaxınlaşdırdığından bədən tarazlığını qoruyaraq yeriməyə çalışmaq çətindir.
Dizlərin hərəkət qabiliyyəti azaldığından bu vəziyyət zamanla əzələlərin yığılmasına, hətta disklərdə problemlərə yol açır.
Ağır boyunbağılar
 

 


Boyun əzələləri, vətərlər və oynaqlar 4.5-5.5 kq. çəkidə başı daşımaq qabiliyyətinə malikdir. Ancaq boyuna həddindən artıq ağır boyunbağılar taxmaq boyundakı təbii tarazlığı pozur. Bu da boyun tutulmasına, ağrı və boyun əyriliklərinə gətirib çıxarır.

Bədəni yığan korsetlər
Lukra və ya elastik deyilsə, paltarların altından geyilən dar korsetlər rahat nəfəs almağa mane olur və hərəkət qabiliyyətini məhdudlaşdırır, onurğanın rahat hərəkət etməsinə imkan vermir. Mütəmadi olaraq korset taxdıqda beldə və onurğa sümüklərində qalıcı zərərlər yaradır.

Hündürdaban ayaqqabı
 

 


Həm ayaq, həm də kürək sağlamlığını təhlükəyə atır. Baş barmaqda çıxıntı və döyənəyə səbəb olduğu kimi, baldır əzələlərinin qısalmasına da gətirib çıxarır.

 Üstəlik, qan dövranını pozur. Diz ağrıları da məhz mütəmadi olaraq yüksək dabanlı ayaqqabı geyinəndə intensivləşir.

Boyundan bağlanan köynəklər
Bikini, paltar və ya alt paltarlarının boyundan bağlanan modelləri də sağlamlıq üçün təhlükə mənbəyidir. Çünki onlar da eynilə ağır boyunbağılar kimi, boyun, çiyin və kürək sümüklərinə təzyiq göstərir.

Dar büstqalterlər
Xüsusilə, böyük sinəli qadınlar incə asqılı lifçiklər taxmamalıdırlar. Əks təqdirdə, çiyinlərdə həm fiziki, həm də bioloji problemlərin yaranmasına yol açır.

Dar cinslər
 

 


Həm bel, həm bud, həm də baldırları sıxan dar cins şalvarlar yerişi pozur, oynaqlarda isə kəskin ağrılara səbəb olur.

Böyük çantalar
 

 


Hətta dirsəkdə saxladığınız böyük çantalar da onurğada zamanla əyriliyə səbəb olur. Qaməti pozur, çiyin, kürək və boyun sağlamlığı üçün təhlükəlidir.





Loading...

Reytinq: +88
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}