Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Uşaqlarda öskürək - Valideynlər bunları bilməlidirlər!

 
Qış aylarında uşaqlarda xəstəliklərin artması ilə əlaqədar olaraq öskürək şikayəti də artmaqdadır. Bununla bağlı diqqət etməli olduğunuz bəzi məqamlar:

1. Ümumi olaraq deyəcək olsaq, uşaqlarda öskürək əleyhinə dərmanların istifadəsini tövsiyyə etmirik. Körpə və kiçik uşaqlarda isə istifadəsi qətiyyən doğru deyildir. Öskürək əleyhinə dərmanları istifadə etməkdənsə onun səbəbinin tapılması və səbəbinə uyğun olaraq müalicə aparılması daha doğrudur.

2. Öskürək şikayətinin bir çox səbəbləri vardır. Ən sıx rastlaşdığımız səbəblərindən biri də tənəffüs yolu enfeksiyalarıdır. Bu enfeksiyalar səbəbiylə öskürəklər bəzən 1 hətta 2 aya qədər də davam edə bilər. Əgər müalicələr başlanılıbsa, müalicələrin öz təsirini göstərməsini gözləmək lazımdır. 

3. Valideyinlər çox vaxt həkimin bir dərman verərək həmən öskürəyi müalicə etməsini istəsələr də, əfsus ki bu mümkün deyildir. Sizin narahatçılığınız başa düşüləndir ancaq müasir tibbin edə biləcəyi bir şey yoxdur. Ona görə də bəzən verilmiş müalicələrə baxmayaraq öskürək bir müddət davam edə bilər. Bu durumda bir qədər gözləmək lazımdır. Əziz valideynlər, körpəniz həmən sağalsın deyə onu çox sayıda dərman müalicəsinə məruz qoymaq heç də doğru deyildir.

4. Bəzən də uşaqların (məxsusən də bağçaya və məktəbin ilk siniflərinə gedən usaqlarda) aralıqlı olaraq "qrip” olması uşağın bütün qış boyu öskürməsinə səbəb olur. Bu durumlarda hədsız müalicələrdənsə uşaqları xəstəliklərdən (xəstə kimsələrdən) qorumaq daha doğrudur.

5. Boğmaca və boğmacaya oxşar xəstəliklərdə öskürək çox daha ağır ola bilər. Belə hallarda mümkündür ki, öskürək aparılan müalicəyə baxmayaraq hətta aylarla davam etsin. Bu hallarda uşağım sağalmır deyib, onu ağır dərman müalicələrinə məruz qoymaq doğru deyil. Orqanizmin özünün də bu xəstəliyin öhdəsindən gəlməsinə imkan vermək lazımdır. 

6. Öskürəyin səbəblərindən biri də "astma” xəstəliyi və allerqiyadır. Amma hər öskürəyi olan uşağa da bu diaqnozu qoymaq doğru deyildir. Bu diaqnozu qoymaq üçün müfaviq labaratoriya və instrumental müayinələr olunmalıdır. Yalnız bundan sonra dəqiq diaqnoz qoyula bilər.

7. Uzun müddət davam edən öskürəklərdə diaqnoz qoymaq elə də asan olmur. Səbəbi ortaya qoymaq üçün çox sayda labaratoriya və instrumental müayinələr edilməlidir. Bu səbəblər arasında tənəffüs yollarının infeksiyaları (sinuzit, bronxit, pnevmaniya), mədə bağırsaq xəstəlikləri (reflu xəstəliyi), ağciyərin anadangəlmə, irsi xəstəlikləri və anomaliyaları, vərəm xəstəliyi, dös qəfəsi orqanlarının şişi, ürəkdən çıxan damarların anomaliyaları, psixoloji xəstəliklər, allergik xəstəliklər, astma və s.

Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq
xoshbextqadin.az




Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}