Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar?

1. Alma və darçın 

Bir almanı nazik doğrayın və üzərinə 500 ml təmiz su tökün, 1 çay qaşığı döyülmüş darçın əlavə edin, soyudun və gün ərzində için.

 
Alma və döyülmüş darçının birləşməsi sizə maddələr mübadiləsini normallaşdırmağa və həzm traktını təmizləməyə yardım edəcək. 


2. Limon suyu və bal 


2 xörək qaşığı təzə sıxılmış limon suyunu 200 ml isti su ilə qarışdırın, 1 çay qaşığı təbii bal, bir çimdik döyülmüş zəncəfil əlavə edin. Acqarına, zəhər yeməyindən yarım saat əvvəl için. Bu sizə həzm sistemini təmizləməyə, qan damarlarının divarlarını möhkəmləndirməyə kömək edəcək və sizə həyat enerjisi bəxş edəcək. 

3. Zəncəfil içkisi 

Az miqdarda təzə zəncəfil kökünün (3-4 sm) qabığını soyun və xırda-xırda doğrayın, üzərinə 1 litr qaynar su tökün, qaynadın və orta odda 10 dəqiqə bişirin və sonra süzün.


 Soyuduqdan sonra bir çimdik döyülmüş darçın və bir neçə xörək qaşığı itburnu siropu əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml için.

 Bu zaman həzm sistemi, maddələr mübadiləsi normallaşır, həyat tonusu qalxır və bu içkinin bərpaedici xüsusiyyətləri özünü göstərir. 

4. Çuğundur şirəsi 

1 ədəd çuğundur, 2 alma və 4 kərəviz sapından təzə sıxılmış şirə hazırlayın, gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. 
 
5. Sağlamlıq kokteyli 

1 portağal, 1 limon və 1 kökdən təzə sıxılmış şirələr hazırlayın, 100 ml mineral su ilə qarışdırın. Acqarına yeməkdən yarım saat əvvəl için. Bu kokteyl yorğunluğa qarşı mükəmməl vasitədir, tərkibində yüksək miqdarda antioksidant mövcuddur. 

6. Xiyar və kərəviz 

1 xiyar və 1 kərəviz kökünü xırda doğrayın, 300 ml su əlavə edin. Gün ərzində için. Bu içki ağır, yüklənmiş günlər üçün idealdır. 

Mənbə:saglamolun.az 




Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}