Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Göz quruluğunun ev mühitində müalicəsi

Göz yaşı gözün sağlam qalmasını və rahat göz qırpmamızı təmin edir. 


Bəzi adamlarda göz yaşları azalır və ya göz yaşı pərdəsinin keyfiyyətində pozulma olur. 


Belə durumda ortaya çıxan rahatsızlıq "quru göz" sindromu adlanır.


Göz quruluğunu evdə müalicə etmək üçün bunlara diqqət yetirmək lazımdır.

 

 


 



Təmizləmək, kompres hazırlamaq və masaj etmək


 İsti kompres hazırlamaq göz qapaqlarında olan iltihablanmaya və yağlı qabarıqlıqlara qarşı faydalıdır. Göz qapaqlarını təmizləyərkən körpə şampunlarından istifadə etmək olar. Bu cür təmizlik üsulları göz quruluğuna effektli təsir göstərməklə qalın və qalıcı yağ təbəqəsi təmin edir.


 İsti temperatur sayəsində göz vəzilərində olan yağ istilənir və yaranan problem nizama düşür. 


Masaj hərəkətləri isə vəzilərin xaricə çəkilməsinə kömək edir. Göz təmizliyi sayəsində isə bakteriyalar azalır.


Reseptsiz göz damlaları


Reseptsiz verilən sürüşkənləşdirici göz damlaları (gel) daha çox nəm təmin edilməsinə və göz səthinin nizamlanmasına kömək edir.



 Bunlardan gündə dörd dəfə istifadə etmək olar. Ehtiyac duyulan sıxlıqda istifadə edilməsi daha çox məsləhət görülür.


Göz məlhəmləri


 Sürüşkənləşdirici göz məlhəmləri, göz damlalarından və gellərindən üstündür.


 Gün boyu istifadə etdikdə bulanıq görmə ola bilər. Bu baxımdan həmin məlhəmlərdən yatarkən istifadə etmək lazımdır.


Fasilə vermək


 Əgər gözlərinizin xüsusilə oxuyarkən, ya da televizor seyr edərkən quru olduğunu hiss edirsinizsə tez-tez ara vermək lazımdır. Bu gözlərin istirahət etməsini və nəmlənməsini təmin edəcək.


Otağın bir qədər nəmli olması


 Göz quruluğu probleminin həlli üçün otağın havasının bir qədər nəm olması vacibdir.


Həm qışlıq sobalar həm də yazlıq havalandırma sistemləri, havadakı nəmin azalmasına səbəb olur.


 Həddindən artıq hava hərəkəti isə göz quruluğu yaradır.


Tavan ventilyatorlarının və ya pərlərin sürətlərini azaldaraq həddindən artıq hava axınını qarşısını almaq olar.


 Bundan əlavə havada daha çox nəm olmasını təmin edən cihazlardan istifadə etmək də lazımdır.


 Həmin cihazlar göz yaşlarının daha yavaş buxarlanmasına səbəb olur. Bu da gözlərin sağlam və rahat olmasına kömək edir.

 

Sirliqadın.az





Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



İstifadəçi saytda deyil SirliQadın.Az-lı 30 noyabr 2016 16:04
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
--------------------
Xəyalımsan_Sən...
Sitat    Şikayət et     
Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}