Duzun bu qədər faydasını bilirdinizmi?
- 13-09-2023, 22:00
- SAĞLAMLIQ / Düzgün qidalanma
- 0
- 1 388
Duz həqiqətən sehrkar cücə malikdir.Ondan yalnız ərzaq məhsulu kimi istifadı etməklə kifayətlənən adamlar çox şey itirirlər.Duzdan daha hansı məqsədlərdə istifadə etmək olar?
Duz əlləri,üzün dərisini ağardır,şişkinliyin qarşısını alır.
Odur ki,bir stəkan suya bir çay qaşığı su töküb əskini isladaraq üzünüzə,boyun-boğazınıza sərin.
20 dəqiqədən sonra üzünüzü su ilə yuyub qurulayın.
Damağın bərkiyib möhkəmlənməsi üçün həftədə bir dəfə duzlu su ilə (bir stəkan suya bir çay qaşığı duz) ağzınızı yaxalayıb qarqara edin.
Çörək saxladığınız qabın dibinə azca duz töksəniz çörək kiflənməz.
İlin isti aylarında yağ qabını duzlu suda isladılmış əskiyə büküb saxlayın.
Belə etsəniz yağ əriməz,təzə qalar.
Balıq təmizləyəndən,yaxud soğan soyandan sonra əllərinizi duzlu su ilə yuyun.Belə etsəniz xoşagəlməz qoxu tamamilə çəkilib yox olar.
Sürüşməsin deyə balığı təmizləyərkən üstünə duz səpin.
Piroq bişirərkən tavanı duz səpilmiş başqa tavanın içərisinə qoyun.Belə etsəniz piroqun dibi yapışıb yanmaz.
Xəmir mayasını uzun müddət narın duzun içərisində təzə və yumşaq saxlamaq olar.
Süd yanmışsa,tez onu başqa qaba boşaldıb üstünə bir çimdik duz ataraq ləyənə qoyun.
Belə etsəniz südün xoşagəlməz təmi tamamilə çəkilər.Bişirmək üçün qabaqcadan soyub doğradığınız alma qalıb qaralmasın deyə onu azca duz tökülmüş suda saxlayın.
Qəhvə dəmləyərkən üstünə azca dənəvər duz tökün.Bu qayda ilə hazırlanmış qəhvə daha ətirli olur.
Əti əvvəlcə qalın kağıza,sonra da üstündən duzlu suda isladılmış qalın əskiyə büküb saxlasanız uzun müddət təzə qalar.
Şaxtalı günlərəd buz bağlamış pəncərə şüşələrini çoxlu duz qatılmış su ilə yuyun.
Buz dərhal əriyəcək.Şüşələri əvvəlcə duzlu su,sonra da soyuq su ilə yuduqdan sonra təmiz quru əski ilə silib təmizləyin.
- Müəllif: Deniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.