Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Dırnaq batmasını evdə müalicə edə bilərsiniz

Dırnaq uzananda bir tərəfdən və ya hər iki tərəfdən dərinin içinə daxil olmasına dırnaq batması deyilir.
 


 


Adətən ayaq barmağında müşahidə edilən dırnaq batması, dırnaq uzandıqca və dəriyə batan qism artdıqca dırnaqların hamısına təsir edir.

Sirliqadin.az  bildirir ki, bunun başlıca səbəbləri dırnaqların çox dibdən kəsilməsi, həddindən artıq çəkiyə görə ayaqlara yük düşməsi, ayaq barmağına dəymiş zərbələr, ayaq dırnaqlarında rastlanan göbələk, ayağın quruluşuna uyğun olmayan nazik burunlu ayaqqabılar və s. ola bilər.

 


Ciddi fəsadı olmayan dırnaq batmasını evdə müalicə edə bilərsiniz. Bunun üçün aşağıdakı üsullar tövsiyyə olunur.


Duzlu su

Duzlu su batan dırnağa infeksiya düşməsinin qarşısını alır və yumşalmasına kömək edir. İlıq suya 2 çay qaşığı duz atın və ayaqlarınızı suyun içində 25-30 dəqiqə saxlayın. Bu prosesi hər gün 2 dəfə tətbiq etdikdə ağrı keçəcək.

Əl bıçqısı

Hazırda dırnaq batması problemilə üzləşmisinizsə, dırnağın dəri ilə birləşdiyi yerə diqqət etməlisiniz. Bunun içində dırnağı kəsdikdən sonra kənarlarını əl bıçqısı ilə düzləşdirin.

Pambıq

Dırnağın batan ucu ilə dəri arasına kiçik pambıq yerləşdirmək həm ağrını yüngülləşdirir, həm də batığın daha da inkişafının qarşısını alır.

Təbii yağlar

Dırnaq batmasında batan dəri nə qədər sərt olarsa, ağrı da bir o qədər artar. Bunun qarşısını almaq üçün batmanı yumşaq saxalayaraq ağrını yüngülləşdirə bilərsiniz. 

Batığı yumşaltmaq üçün çay ağacı yağı daha effektivdir. Çay ağacı əvəzinə zeytun yağından da istifadə edə bilərsiniz. 

İstifadə edəcəyiniz yağı dırnaq və ətrafına yaxşıca yedirərək, sürtün. Bu cür vəziyyətdə 1-2 saat saxlayın. Gün ərzində batmış dəri quruduqda yenidən istifadə edin.
 
//deyerler.org




Loading...

Reytinq: +5
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}