Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

İNSULTDAN NECƏ QORUNMAQ OLAR? – MƏŞHUR HƏKİMDƏN 7 MƏSLƏHƏT

 

 


İnsult bir çox hallarda əlilliyə və ölümə səbəb olan ağır pozulmadır. Əvvəllər insult əsasən yaşlı insanların problemi sayılırdı. Lakin son zamanlar bütün dünyada insult xeyli "cavanlaşıb” və hətta 20-30-40 yaşlı insanlarda qeyd olunur. İnsultdan necə qorunmaq olar? Bu suala "O samom qlavnom” adlı verlişlərin birində məşhur rus həkim-kardioloq Aleksandr Myasnikov cavab verib.

Həkim insultdan qorunmaq üçün bu kimi qaydalara əməl etməyi tövsiyə edir:

1. Arterial təzyiqə daim nəzarət etmək və normada saxlamaq. Bu ən vacib amildir ki, məhz kontrol olunmayan hipertoniya insultun əsas səbəbidir.

2. Qanda şəkərin səviyyəsini normada saxlamaq. Şəkərli diabet zamanı damarlarda pozulmalar inkişaf edir və bu da insultun riskini artır. Şəkərin səviyyəsi nə qədər yüksəkdir damarlarda olan pozulmalar da o dərəcədə ağır olur.

3. Siqaret çəkməkdən imtina etmək. Siqaret çəkmək damarların sıxılmasına və insultun riskinin artmasına gətirib çıxardır.

4. Artıq çəkidən azad olmaq. Artıq çəki və piylənmə hipertoniya və şəkərli diabetin riskini artırır (bax. bənd 1 və 2).

5. Stresdən uzaq olmaq. Stress zamanı qanda adrenalin və kortizol hormonlarının ("stress-hormonları”) səviyyəsi kəskin qalxır ki, nəticədə damarlar sıxılır, təzyiq qalxır.

6. Fiziki aktiv olmaq. Bu, piylənmən riskini azaldır, qan dövranını yaxşılaşdırır, stress hormonlarının səviyyəsini azaldır.

7. Sağlam qidalanmaq. Bu da piylənmənin qarşısını alır.

Sirliqadın.az

 






Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}