Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Yüksək təzyiqlə bağlı insanın həyatını qısaldan TƏHLÜKƏLİ MİFLƏR

Alimlərin müşahidələrinə görə, hipertoniya dünyada yaşayan insanların 50%-də təsadüf edilisə də bu insanlardan yalnız hər 4-cü təzyiqinə nəzarət edir.
Bu isə çox təhlükəlidir və insanın həyatını əhəmiyyətli dərəcədə qısaldır. Yüksək təzyiq damarları tədricən sıradan çıxardaraq infarkt və insultun riskini qat-qat artırır.



- Arterial təzyiqin norması
Əvvəllər belə hesab olunurdu ki, 140/90 c.st qədər təzyiq normaldır və narahatçılıq üçün səbəb yoxdur. Lakin son elmi araşdırmalar göstərib ki, insan orqanizmi üçün optimal təzyiq 120/80 c.st-a qədərdir. Bunda yüksək təzyiq artıq həkimə müraciət üçün səbəb sayılır.
- Yüksək təzyiq hər zaman özünü müəyyən əlamətlərlə büruzə verir
Bir çox insanların fikrinə görə, təzyiqin yüksəlməsi özünü baş ağrısı, baş gicəllənməsi və s. simptomlarla büruzə verir və bu simptomlar yoxdursa, təzyiq normadadır. Təəssüf ki, bu heç də belə deyil.
Təzyiqin yüksəlməsi bir çox hallarda özünü heç bir simptomla büruzə verməyə bilər. Bu zaman isə orqanizmdə damarlar zədələnir, patoloji proseslər gedir, ağır fəsadların riski getdikcə artır.
Bu səbəbdən həkimlər hətta heç bir simptom olmadıqda müntəzəm olaraq arterial təzyiqi ölçməyi tövsiyə edirlər.
- Cavan insanlarda yüksək təzyiq olmur
Bu da mifdir. Hazırda bütün mütəxəssislər qeyd edirlər ki, hipertoniya xeyli cavanlaşıb. Hipertoniya ilə birlikdə insult və infarkt da cavanlaşıb.
Alimlər cavan insanlara da təzyiqi ölçməyi tövsiyə edirlər. Xüsusilə bu yaxın qohumları arasında infarkt və insult halları, ürək-damar sistemi xəstəlikləri, hipertoniya xəstəliyi olanlara aiddir.  
- Təzyiq dərmanı içirəmsə, məndə insult və infarkt ola bilməz
Təəssüf ki, bu da yanılmadır. Tək dərmanlar hipertoniyanı nəzarətdə saxlamaq üçün kömək etmir. İnsan müəyyən pəhriz saxlamır, siqaret çəkir, fiziki aktivliyinə vaxt ayırmırsa, onda infarkt və insultun riskini tam istisna etmək olmaz.
- Müalicənin köməyi ilə təzyiqim düşübsə, dərmanların qəbulunu dayandırmaq da olar
İnfarkt, insult, hipertonik kriz bir çox hallarda məhz hipertoniya xəstəsi dərmanların qəbulunu özbaşına  dayandırdıqda baş verir.
Təzyiq dərmanları hipertoniyanı müalicə etmir, onlar yalnız təzyiqi normada saxlamağa yardım edir. Hipertoniya əksər hallarda xroniki xəstəlikdir və onu nəzarətdə saxlamaq üçün xəstə ömrünün sonuna kimi dərmanları qəbul etməlidir. İnsan dərmandan imtina edəndə təzyiq yenə qalxmağa başlayır və bu da çox ağır fəsadlara səbəb ola bilər.   





Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}