Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Ayaqlarınız tez-tez şişirsə, mütləq oxuyun! 5 TƏHLÜKƏLİ SƏBƏB

Artıq mayenin toxumalarda yığılması ödem (şişkinlik) adlandırılır. Ayaqlarda ödemlər tam sağlam insanlarda da inkişaf edə bilər.
Bunun səbəbi çox isti hava, narahat dar ayaqqabı və ya paltar, uzun müddət ərzində ayaq üstə qalmaq, həddinən artıq miqdarda maye qəbul etmək və s. ola bilər. Hamiləlik də ayaqlarda ödemlərin inkişafına səbəb ola bilər.




Bu halda ödemlərin aradan qaldırılması üçün ayaqları yuxarı qaldırıb bir qədər uzanmaq, kontrast ayaq vannaları (isti və soyuq suyun növbələşməsi) qəbul etmək (suya dəniz duzu əlavə etmək yaxşıdır), ayaq massajı etmək kifayətdir. Nəticədə ödem yox olacaq. Lakin ödemlər sizi tez-tez narahat edirsə, keçmirsə, mütləq həkimə müraciət edin. Belə ödemlər orqanizmdə olan hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. 


- Varikoz xəstəliyi. Bu xəstəlik zamanı ayaqlarda venoz qanın axması pozulur və nəticədə damarlarda və kapilyarlarda təzyiq artır, burada durğunluq yaranır. Bu isə yığılmış mayenin kapilyarlardan ətrafda olan toxumalara çıxmasına və ödemlərə səbəb olur. Ödemlər bu xəstəliyin ilk əlamətləri kimi meydana çıxır. Əvvəl ödemlər cüzi olur, lakin xəstəlik inkişaf etdikcə ödemlər daha gözə çarpan olur, ayaqlarda kapilyar toru görünməyə başlayır.
- Ürək çatışmazlığı. Bu pozulma zamanı ürək öz "nasos" funksiyasının öhdəsindən tam gələ bilmir və nəticədə qan dövranı yavaşıyır və maye toxumalarda yığılmağa başlayır (ilk növbədə ayaqlarda). Belə ödemlər asta-asta, gizli inkişaf edir.
Ürək çatışmazlığı ilə bağlı olan ödemlər pozulmanın digər simptomları ilə müşayiət olunur: təngənəfəslik, taxikardiya, zəiflik, yorğunluq, səbəbsiz öskürək, dərinin solğun olması, dodaqların göyərməsi və s.
- Böyrək xəstəlikləri. Bu xəstəliklər zamanı ödemlər üzdə, ayaqlarda müşahidə olunur. Ödemlər sürətlə inkişaf edir - bir neçə gün ərzində. Xəstəni ümumi zəiflik, baş ağrısı, bel ağrısı, sidiyin rənginin dəyişilməsi (sidikdə qan izləri ola bilər) kimi simptomlar narahat edir.
Belə ödemlər angina və ya kəskin respirator infeksiyadan sonra inkişaf edə bilər. Bu infeksiyanın ağırlaşmasıdır.
- "Fil" xəstəliyi. Bu xəstəlik zamanı limfanın dövranı pozulur ki, bu da zülal və su mübadiləsinin pozulmasına və limfa durğunluğuna səbəb olur. Bunun nəticəsində əsasən ayaqlarda güclü ödemlər yaranır. Ayaqlar fil ayaqlarına oxşamağa başlayır.
- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı da ödemlər mümkündür. Xəstəliyin digər simptomları - halsızlıq, yuxululuq, soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz artması, qəbizliyə meyillik və s.




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}