Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Sidiyin rəngi və iyi dəyişildi...

İnsan hər zaman öz orqanizminə qarşı çox diqqətli olmalıdır. Bəzən "kiçik" pozulmalar müxtəlif ağır xəstəliklərin əlaməti ola bilər.




Bu səbəbdən orqanizmin fəaliyyətində baş verən hətta ən kiçik pozulmalar həkimə müraciət etmək üçün səbəb olmalıdır.
Normal sidik şəffaf və açıq sarı (saman) rəngində olur. Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, nəticədə ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir (kəskin ammiak iyi gəlir).
Sidiyin rənginin və iyinin birdən dəyişilməsi narahatçılıq üçün səbəb yaradır. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtə müraciət edin. Lazım olan müayinə və analizlərədn sonra terapevt sizi digər həkimlərin (uroloq, endokrinoloq və s.) müayinələrinə göndərə bilər.
Nəzərinizə çatdıraq ki, bəzi qida məhsulların qəbulu sidiyə qeyri-adi iy və rəng verə bilər. Məsələn, sarımsaq, qıtığotu kökü ("xren"), mərəçüyüd sidiyin iyini dəyişir. Çuğundurdan sidiyin rəngi qırmızımtıl ola bilər.
Bəzi dərman preparatların qəbulu da sidiyin iyinə və rənginə təsir edə bilər. Belə ki, B vitaminlər qrupu, amoksisillin, ampisillin və bəzi digər dərman preparatları sidiyin iyini dəyişir. Adətən bu haqda dərmanın annotasiyasında məlumat verilir.
Bütün digər hallarda sidiyin xarakteristikalarının dəyişilməsi müxtəlif və bəzən çox təhlükəli xəstəliklərinin əlaməti ola bilər. Bu xəstəliklərin arasında:
Pielonefrit böyrəklərin iltihabıdır. Bu çox təhlükəli xəstəlikdir. Sidiyin iyinin kəskin dəyişilməsi və bel nahiyəsində olan dartıcı ağrılar pielonefritin əlamətləri sayılır. İlkin mərhələlərdə aşkar olunduqda peelonefrit daha tez və uğurla müalicə olunur.  Müalicəsiz buraxılmış pielonefrit müxtəlif ağırlaşmalara, o cümlədən böyrək çatışmazlığına, səbəb ola bilər.
Uretrit sidik kanalın iltihabıdır. Bu halda sidik ifrazı zamanı ağrılar baş verir, sidikdə irinli və qanlı ifrazatlar olur ki, nəticədə sidiyin iyi və rəngi pisləşir.
Sidik-cinsiyyət yolları infeksiyaları (xlamidioz, vaqinoz və s.). Cinsiyyət və sidik ifrazatı olqanları bir birinə yaxın yerləşir və bu səbəbdən bir çox hallarda mikroblar bir orqandan digərinə asan miqrasiya edir. Bunun nəticəsində sidik yollarında iltihab inkişaf  edir. Bu pozulmanın simptomları - sidiyin bulanıq olması və sidiyin kəskin və xoşagəlməz iyi.
Susuzlaşma zamanı sidiyin rəngi tündləşir, iyi isə kəskin olur. Susuzlaşma ishal fonunda və ya insan müxtəlif səbəblərə görə kifayyət qədər su içmədikdə inkişaf edə bilər.
Şəkərli diabet zamanı sidik ifrazı tezləşir, sidiyin iyi isə "şirinləşir" (alma iyini xatırladır). Xəstənin vəziyyəti ağırlaşdıqca onun sidiyindən kəskin aseton iyi gəlməyə başlayır. Bu çox təhlükəli simptomdur. Bu halda lazım olan tədbirlər görülmədikdə xəstədə diabetik koma inkişaf edə bilər.
Aclıq zamanı da sidiyin iyi dəyişilir, kəskin olur.
Qara ciyərin funksiyalarının ciddi pozulması olan qara ciyər çatışmazlığı zamanı sidiyin rəngi tündləşir (tünd pivə rəngində olur), iyi isə dəyişilir.
Ehtiyyatlı olun! Əgər Siz özünüzdə bir neçə gün ərzində yuxarıda sadaladığımız simptomların heç olmasa birini müşahidə etsəniz, mütləq həkimə müraciət edin.




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}