Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Evimizdə hansı dərmanların olması vacibdir?


"Hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Bəzən insanlar lazım oldu-olmadı, "bəlkə lazım oldu", - düşünərək müxtəlif dərmanları alıb yığaraq, saxlayırlar".

Bunu Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Nərgiz Kərimova deyib. Bunun bir mənası varmı və qəfil hər hansı xəstəlik yaranarsa, bu dərmanların köməyi olurmu?

Həkim bildirib ki, hazırda pandemiya dövrüdür və biz tez-tez apteklərdən lazım olan dərmanların yoxa çıxmasının şahidi oluruq: "Halbuki, həmin dərmanlar hər zaman əlçatan olub. Bu, ilk növbədə, həkimin təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edən insanlara mənfi təsir göstərir, belə ki, həmin dərmanlar birdən-birə apteklərdə defisitə çevrilir.

Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır.

Həkim xəstəyə dərman təyin edərkən, pasiyentin anamnezinin çoxlu incəliklərini, dərmanların bir-biri ilə ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Özbaşına bu dərmanları qəbul etmək çox pis nəticələrə - ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu onun xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb.

Lakin hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər".

N. Kərimova bildirib ki, hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır: "Çox təəssüflər olsun ki, hazırda COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, insanlar özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan artıq ziyan gətirə bilər".

Mütəxəssis qeyd edib ki, əl altında saxlanılarn dərmanlara və ləvazimatlara sarğı materialları, yaraların, yanıqların və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və sizin mütəmadi olaraq qəbul etdiyiniz dərmanlar aiddir: "Bir həkim kimi məsləhət görürəm ki, hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə edin, əks halda bu, sizin sağlamlığınıza zərər vura bilər".




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}