Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Oruc tutarkən susamamaq və qanın qatılaşmaması üçün nə etmək lazımdır?

ORUC VAXTI SUSAMAMAQ VƏ QANIN QATILAŞMAMASI ÜÇÜN NƏ ETMƏLİYİK?

Bu günlər ən uzun günlərdəndir ki, Allahın izni ilə bu orucları tuturuq. Nəzərə alsaq ki, həm uzun bir gün və həm də havaların isti keçməsi, günəş altında çox olanlar və ürək problemləri olanlarda bir sıra fəsadlar törədə bilər. 

Ona görə də səhər imsakda bəzi tədbirlər görmək lazımdır ki, həm çox susuzluq hiss olunmasın, həm də qan çox qatılaşmasın, həm də özümüzü yaxşı hiss edək ki, ən azından sabahkı orucumuzu tuta bilək.

Deməli, yaxşı olar ki, iftarla imsak arasında yayda ən azından 2 litr, qışda isə 1 litr çiy su içilsin. Bu, çaya, meyvə şirələrinə aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir.

 Yaxşı olar, 1 ədəd limonu qabıqlı olaraq kiçik-kiçik doğrayıb, 3-4 stəkan çiy suyun içinə atıb, imsak vaxtı içəsiniz. Çalışın imsak vaxtı çay içməyəsiniz, içmək istəsəniz açıq və limonlu çay için. 

Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, bunu həm isti vəziyyətdə, həm də soyuq vəziyyətdə içə bilərsiniz. Məkkəgülü çayını yeməkdən sonra içmək lazımdır.

 Təzyiqi aşağı olanlar 1 stəkana 1 çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilərlər. İmsakda içilən çiy suya təbii alma sirkəsi də qarışdırıb içmək çox yaxşıdır.

 Beləki 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb içə bilərsiniz. Bu həm də arıqlamaq istəyənlər üçün çox faydalıdır. İmsakda çox duzlu və çox ədviyyatlı yeməklərdən çəkinin, çünki bunlar da susuzluğa səbəb olan qidalardır.
fizulihüseynov.com




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}