Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Yaşıl alçanın faydalarını bilirsinizmi?

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır.




Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a bildirib ki, mövsüm zamanı hər gün 10-15 ədəd alça yemək olar. Qastrit, mədə xorası olanlara alçadan çox istifadə etməməsi məsləhətdir.
Alçanın xeyli faydalı xüsusiyyətləri var. Təbiətdə yabanı halda bitən alçadan xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan bəri alça ən əhəmiyyətli tonuslandırıcı vasitə hesab edilir. Ondan hazırlanan lavaş müalicəvi əhəmiyyətə malikdir.
Alça qaraciyər, ürək, böyrək xəstəlikləri, revmatizm, həzm sistemindəki narahatlıq zamanı çox yaxşı təsir göstərir.
Yetişmiş alça isə güclü öskürək və vərəm xəstəliyinin profilaktikası və müalicəsində mühüm əhəmiyyətə malikdir. Boğaz ağrıları zamanı da ondan istifadə etməyin faydası çoxdur.





Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}