Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Evdə zeytun yağının hazırlanılması

Bəzən insanlara kosmetik olaraq həqiqi təmiz zeytun yağı lazım olur. Evdə hazırlanan zeytun yağı rafinə olunmadığı üçün ən keyfiyyətli zeytun yağı hesab olunur.

Zeytun yağının hazırlanma qaydası:

Əvvəlcə zeytunlar toplanır, tam yetişməmiş zeytunların yığılması daha məqsədyönlüdür, çünki tumundan daha tez ayrılır.
 
Təxminən 1-2 kq zeytun toplanır, taxta çəkiclə əzilir, bu zaman tum meyvəsindən ayrılır. Yaxşı olar, bu zaman əlinizə əlcək geyinəsiniz, çünki əlləri qaraldır. Sonra tumundan ayrılmış zeytunlar şirəçəkən maşından keçirilir, bu zaman alınan həlməşik 2 hissəyə ayrılır:

 suyu və şrotu (tullantısı). Həmin hissələr qarışdırılaraq bez torbaya tökülür, sonra ağzı bağlanıb aşsüzənin içinə qoyulur, üstünə ağır yastı daş və ya dəmir parçası qoyulur ki, yaxşı sıxılsın.
 
Süzmək üçün sintetik sellofanlar istifadə olunmamalıdır. Aşsüzənin altına isə qazan qoyulur və süzülənlər qazana tökülür. 1 gün sonra torbanın içindəkiləri də qaşıq-qaşıq balaca torbanın içinə qoyub əl ilə sıxmaq lazımdır.

Bundan sonra bir qıf götürülüb içinə pambıq qoyulur, pambığın ucu qıfın alt hissəsindən çıxarılır, zeytundan alınan şirə yavaş-yavaş tökülərək süzülür.

 
Süzülən şirənin üstünə təmiz zeytun yağı yığılır, aşağı hissədə isə qara maye əmələ gəlir. Şirəni dar bir qaba töküb əvvəlcə qaşıqla, sonra isə ucu çıxarılmış şprislə üzündəki yağı ayırmaq lazımdır. Nəhayət, təmiz zeytun yağı hazırdır.
fizulihuseynov.com




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}