Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Bu sualın cavabı bütün qadınları maraqlandırır! -Qeysəriyyə əməliyyatı gerçəklikləri


 
Xalq arasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadının daha sonra təbii doğuşla uşaq sahibi olmasının mümkünsüzlüyünə dair fikirlər çox yayılıb. Bu fikir həqiqətdirmi? Xoshbextqadin.az  bununla bağlı bəzi məqamları təqdim edir.

Mütəxəssislər qeyd edir ki, ilk hamiləliyi qeysəriyyə ilə bitən qadınların daha sonra təbii doğuşla övlad dünyaya gətirə bilməməsi fikri yanlışdır. Əvvəllər qeysəriyyə əməliyyatı klassik formada aparılırdı. 

Yəni ki, uşaqlıq borusunun yuxarısından aşağıya doğru orta xətlə kəsilirdi. Bu cür klassik formada qeysəriyyə üsulu ilə doğan qadınlar sonra da bu üsulla doğuş həyata keçirməli idilər. Bu, xalq arasında beləcə də qaldı. 

Amma artıq qeysəriyyə uşaqlıq borusunun alt hissəsindən yan bir kəsiklə edilir. Bu kəsiklərdə klassik qeysəriyyədə olduğu kimi, yırtılma riski yoxdur. Lakin bəlkə də xəstələrin və həkimlərin işinə yaradığı üçün bir dəfə qeysəriyyə olunanın bir daha doğa bilməyəcəyi deyilir.

Risqlər

Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirənlərin ikinci dəfə normal doğuş etməsində risk çox aşağıdır. İndi dünyanın bir çox ölkəsində bu üsul tətbiq edilir. Onların bir çoxu ikinci dəfə təbii doğuş edir.

 Hətta bir çox ölkələrdə qadınları qeysəriyyə üsulu ilə doğuşdan uzaqlaşdırmaq üçün bir çox sığorta şirlətləri doğuş xərclərini qarşılamırlar. Buna görə də Fransa, Hollandiya, Amerika kimi ölkələrdə ilk doğuşları məcburən qeysəriyyə olan qadınlar ikinci dəfə təbii doğuş edirlər. Yəni qeysəriyyədən sonra təbii doğuş mümkündür və çox böyük çətinlikləri yoxdur.

İkinci, üçüncü hamiləlikdə min qeysəriyyə üsulu ilə doğuşdan 997-si boş yerə edilir. Qeysəriyyədən sonra təbii doğuş etmək üçün iki il ötməlidir. Eyni zamanda, xəstə və həkim cəsarətli olmalıdır.
 
xoshbextqadin.az





Loading...

Reytinq: +3
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}