Hamilələrin diqqətinə: düyü yeyin - FAYDALARI
- 18-05-2023, 15:57
- Qadın sağlamlığı / Hamilələrin qidalanması
- 0
- 1 853
Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.
Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür.
Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.
Sirliqadin.az hamilələr üçün düyünün hansı faydaları olduğunu sadalayır.

- Düyü qan şəkəri səviyyəsini sabit saxlamaqla həzmin rahat olmasına və zəngin minerallarla hamiləliyin rahat keçməsinə kömək edir. Təzyiqi nizamlamaq təsiri ilə yüksək təzyiqin qarşısını alır.
- A vitamini dəri, saç, diş əti sağlamlığı üçün əhəmiyyətlidir.
- B1 vitamini hüceyrə yaranması, həzm sistemi, sinir sistemi üçün əvəzedilməz vitamindir.
- B2 vitamini enerji verir.
- Tərkibindəki kalsium sağlam bədən, sümük toxuması üçün, diş çürüməsi, əl-ayaqladakı gücsüzlük, bədən ağrılarına qarşı faydalıdır.
Bundan başqa, düyü hamilələrin ehtiyac duyduğu fol turşusu ilə də zəngindir.
Sirliqadın.az
- Müəllif: Sadiqov
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.