Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Hamilə qadınlar - 1.hissə


 
Hamiləliyin normal cərəyan etməsi və əmələ gələ biləcək bir sıra mürəkkəbləşmə hallarının qarşısının alınması üçün əsas şərt rasional rejimə riayət edilməsidir. Hamiləlik dövründə qadın üçün həyata keçirilməsi zəruri olan bütün tədbirlər hər bir ayrı-ayrı halda fərdi olaraq tətbiq edilir.

Hamiləliyin axırıncı aylarında qarnın düz əzələlərinin aralanmasının qarşısını almaq məqsədilə qarnın möhkəm saxlanması üçün bel bandajı tətbiq edilməlidir.

 Bandaj taxılması və bağlarının bağlanması arxa ü stə uzanma vəziyyətində keçirilir. Xüsusi olaraq, qarnın ölçü və həcminə görə seçilmiş bandaj hamiləlikdən sonrakı dövrdə də taxılmalıdır. 

Hamilələrdə venaların varikoz genəlməsi başlıca olaraq aşağı ətraflarda müşahidə edilir, lakin xarici cinsiyyət üzvləri və uşaqlıq yolu sahəsində də ola bilər.

Bu xəstəlik baş verdikdə xəstə qıçlarında ağrı və ağırlıq hiss etməsindən, baldır əzələlərində gecələr qıcolmalar əmələ gəlməsindən, yeridikdə tez yorulmaqdan şikayətlənir. 

Venaların varikoz genəlməsi vena mənfəzlərinin qeyri-bərabər genəlməsi və nazikləşmiş vena divarlarında çıxıntılar (qabarıq) əmələ gəlməsi, damar yollarının qeyri-düzgün (əyri-üyrü) istiqamətlənməsi, damarlarda düyünşəkilli qıvrımların inkişafı, qapaqlarda funksional nöqsanlar və pozulmuş qan axını ilə xarakterizə olunur.



 Bu xəstəlikdə görülən tədbirlər kompleksinə həmişə elastik bint və ya corabdan istifadə edilməsi, müalicə və bədən tərbiyəsi aparılması, həmçinin venoz qan dövranını yaxşılaşdırıcı preparatların tətbiq edilməsi daxildir.

Çəki. Hamilə qadının hər dəfə məsləhətxanaya gəlişində (hamiləliyin birinci yarısında ayda bir dəfədən az olmayaraq və hamiləliyin ikinci yarısında hər iki həftə ərzində) çəkisi yoxlanılır. 

Bundan məqsəd mayenin orqanizmdə saxlanması və toplanmasını vaxtında aşkar etməkdir. Hamilə qadın qapanda çəkilən zaman bir köynəkdə dayanmalı və qabaqca siyiməlidir. 

Çəkisi yoxlanılan gün qarnı təmizlənməlidir. Hamiləliyin fizioloji cərəyanının birinci həftələrində bədənin çəkisi bir qayda olaraq, artmır. Artım hamiləliyin 16-cı həftəsindən etibarən qeyd edilir.

 23-24-cü həftədən başlayaraq çəkidə artım hər həftə 200 q-a çatır, 29-cu həftədən etibarən isə çəkidə artım 300-350 q- dan çox olmamalıdır.

Döldə ürək döyünməsinin dinlənməsi (auskultasiya) geniş borulu mama stetoskopu vasitəsilə aparılır.

Ürək döyüntüləri ay təqvimi ilə hamiləliyin V ayından sonra eşidilir. Ürək tonlarını dinləməklə dölün vəziyyəti müəyyən edilir. Bunun isə doğuş üçün böyük əhəmiyyəti vardır. Ürək döyünməsi dölün başına yaxın yerdə və dölün arxasının yönəlmiş olduğu tərəfdən daha yaxşı eşidilir. 

Döl başı aşağı vəziyyətdə olduqda döyünmə göbəkdən aşağıda, çanaqda yerləşdikdə - göbəkdən yuxarıda, köndələn yerləşdikdə isə - göbək səviyyəsində başa yaxın sağ və sol tərəfdə eşidilir.

 Dölün ürək tonları orta hesabla dəqiqədə 130-140 dəfə təkrarlanan ritmik qoşa zərbələr şəklində eşidilir.

İdman hamilə qadının ümumi vəziyyətini yaxşılaşdırır, onun sinir sisteminə yaxşı təsir göstərir, toksikozun azalmasına səbəb olur, doğum aktının gedişini yaxşılaşdırır, aralığın (perineumun) cırılması ehtimalını azaldır, habelə doğumdan sonrakı dövrün daha əlverişli cərəyan etməsinə səbəb olur.

 İdman qadın basması əzələlərinin möhkəmlənməsinə təsir edir, doğum zamanı gücənmə fəaliyyətini yaxşılaşdırır, çanaq dibi əzələlərinin elastikliyini yüksəldir ki, bu da daxili cinsiyyət üzvlərinin aşağı salınması və düşməsinin qarşısını alır.

 Bədən tərbiyəsi doğum zamanı tənəffüsü idarəetmə vərdişlərinin əldə edilməsinə, orqanizmdə dölün inkişafı üçün zəruri olan oksidləşmə proseslərinin gücləndirilməsindən ötrü xarici tənəffüs funksiyasının yaxşılaşmasına kömək edir.

 Qadın məsləhətxanası həkimi məşğələlərin keçirilməsi üzərində müntəzəm nəzarət aparır; o, ümumi yükün həcmini müəyyən edir və hamiləlik dövrü ərzində bu yükü dəyişib tənzim edir.

 Fiziki məşqlər hamiləliyi mürəkkəb olmayan bütün qadınlar, habelə ürək-damar sistemi xəstəlikləri kompensasiyası mərhələsində olan hamilə qadınlar üçün xeyirlidir, lakin bu qadınlar daima terapevtin nəzarəti altında olmalıdırlar. 

Sağlam hamilə qadınlar öz evlərində idmanla müstəqil məşğul ola bilərlər, lakin patronaj tibb bacısı hər dəfə patronaj apararkən bu qadınların səhhətini yoxlamalıdır.

Qurd invaziyası hamilənin vəziyyətini və dölə pis (anemiya, ümumi halsızlıq) təsir edir: o, ciftdə patoloji dəyişikliklərə səbəb ola bilər ki, bu da anemiya ilə yanaşı, döldə oksigen aclığına və hamiləliyin vaxtından qabaq kəsilməsinə səbəb olur.

 Hamilə qadınlar məsləhətxanaya ilk gəlişlərində qurd yumurtacıqlarının olmasını müəyyən etmək üçün nəcisi tədqiq etdirməli və lazım gəldikdə müalicə olunmalıdırlar.
 
Dispanserizasiya - xəstələrin aşkar edilməsi, qeydə alınması, onların üzərində sistematik müşahidə aparılması və sağlamlaşdırmadan ötrü əhalinin profilaktik tibbi müayinədən keçirilməsinə köməkedici metoddur.

Hamilə qadınların dispanserizasiyası onların yaşadıqları yerlərdəki qadın məsləhətxanaları, kənd rayonlarında isə rayon və sahə xəstəxanaları və poliklinikaları tərəfindən aparırlar. 

Məsləhətxanalar öz rayonunda yaşayan bütün hamilə qadınları uçota alır və onların üzərində müntəzəm dispanser müşahidəsi aparılmasını təmin edirlər.

Bütün hamilə qadınları erkən qeydə almaq və hamiləliyin mürəkkəbləşməsi hallarını (toksikozları, çanağın ensizliyini, dölün düzgün yerləşməməsini, qanaxmaları və s.) habelə daxili üzvlərin (ürək-damar sisteminin, tənəffüs üzvlərinin, qaraciyər, böyrək və s.) xəstəliklərini aşkar etmək qadın məsləhətxanalarının ən mühüm vəzifəsidir.

Hamiləlik ərzində qadın məsləhətxanaya azı 10-14 dəfə (hamiləliyin birinci yarısında 3 həftədə 1 dəfə, 20-ci həftəsindən 32-ci həftəsinə qədər - ayda 2 dəfə, hamiləliyin 32-ci həftəsindən sonra hər 10 gündə bir dəfə, lazım olduqda isə daha çox) getməlidir.
 
Dişlər və ağız boşluğu. Xəstə dişlərin və ağız boşluğunu vaxtlı-vaxtında müalicəsinin böyük əhəmiyyəti vardır, çünki ağız boşluğundakı infeksiya ocaqları orqanizmin daimi infeksiya və intoksikasiya mənbəyi olmaqla, doğumlar zamanı və doğumlardan sonrakı dövrdə infeksion mürəkkəbləşmələrin baş verməsinə səbəb ola bilər.

 Bəzən qadınlarda hamiləlik zamanı orqanizmin kalsium duzlarından kasadlaşması qeyd edilir, bu isə dişlərin vəziyyətinə təsir edərək, onların tez dağılmasına səbəb olur. 

Qadın məsləhətxanasına gəldikdə bütün hamilə qadınları stomatoloq-həkim müayinə edərək onlara lazımi müalicə yardımı göstərir.

Qan. Hamilə qadınlarda qanın klinik analizi hamiləlik ərzində, xüsusilə onun ikinci yarısında bir neçə dəfə aparılmalıdır. Qanın təkrar edilən tədqiqləri xüsusi müalicə tələb edən qan xəstəliklərinin vaxtında aşkar edilməsinə imkan verir.

Bütün hamilə qadınlarda qanın Vasserman, Meynike, Zaks-Georgi reaksiyalarına görə seroloji tədqiqi üçün dirsək venasından iki dəfə (hamiləliyin birinci və ikinci yarısında) qan götürürlər. 

Bu yolla aşkar edilmiş xəstələrin müalicəsinin veneroloji dispanserdə keçirirlər. Həm də müalicəyə mütləq gələcək uşağın atasını da cəlb edirlər.

Bütün hamilə qadınların rezus-mənsubiyyəti də hökmən təyin edilməlidir, çünki ananın mənfi rezuslu qanı əksər halda yeni doğulan uşağın hemolitik xəstəliyinə səbəb olur. 

Hamilə qadının qanının rezus-mənfi olması aşkar edildikdə onun ərinin qanını da tədqiq etmək lazımdır.

Əgər atanın qanı rezus-müsbətdirsə və dölə irsən atanın rezus mənsubiyyəti keçmişsə, bu cür hamiləlikdə ana ilə döl arasında rezus ixtilafı baş verir ki, bu səbəbə görə döl bətndaxili məhv ola bilər, yaxud vaxtından qabaq, ya da hemolitik xəstəlik əlamətləri ilə doğula bilər. 

Dölün rezus - anticisimlərin zərərli təsirinə müqavimətini artırmaq və ciftdə qan dövranını yaxşılaşdırmaq məqsədilə rezus mənfi qanlı bütün hamilə qadınların hökmən desensibilizəedici müalicəsi (hamiləliyin 12 - 14, 22 - 24, 32 - 34-cü həftələrində) keçirilməlidir.

Müalicə-profilaktika tədbirlərində dölün inkişafı üçün ən əlverişli şəraitin yaradılması nəzərdə tutulur: qida zülallarla, C vitamini ilə zəngin olmalıdır (hamiləlik ərzində bu qida kiçik fasilələrlə, sutkada 1 q qədər qəbul edilməlidir).

Kumbs sınağı ananın qanında anticisimləri aşkar etmək üçün tətbiq edilir. Hamiləlik zamanı ananın qanında anticisimlər peyda olduqda, hələ doğumdan çox əvvəl döldə ən ağır xəstəlik formaları baş verir.

 Belə ki, yeni doğulan uşaqların təxminən 30%- ə qədər qeyd olunan hemolitik xəstəlik hələ bətndaxili dövrdə əmələ gəlir.
 
xoshbextqadin.az






Loading...

Reytinq: +2
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}