Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Damar tıxanması. SƏBƏBLƏR, SİMPTOMLAR

Ateroskleroz xəstəliyi zamanı damarlarda xolesterol yığılır, damarlar daralır, tıxanır.

Nəticədə qan dövranı kəskin pisləşir, damarın yırtılması, damarda trombların (qan laxtası) əmələ gəlməsinin riski artır. Bütün bunlar isə ürək və damar xəstəliklərinə, ən ağır hallarda insult və infarkta gətirib çıxardır.



Damar tıxanmasının səbəbləri bunlardır:
1. Uzun illə ərzində belə hesab olunurdu ki, qidalanmada yağların artıqlığı qanda pis xolesterolun artmasına və daha sonra bu xolesterolun damarlarda yığılmasına səbəb olur. Lakin yeni araşdırmalar sübut edib ki, bu tam belə deyil.

 
Qidadan aldığımız "pis" xolesterolun miqdarı yalnız 10-15 faizdir. Bəs qalan 90 faiz? Məsələ burasındadır ki, orqanizmdə pis xolesterolun artmasında əsasən endokrin pozulmalar (xüsusilə qalxanvari vəzi xəstəlikləri), qaraciyərin piylənməsi və öd kisəsi xəstəlikləri günahkardır.
 
Bu pozulmalar zamanı piylərin parçalanması və mənimsənilməsi prosesi pöozulur ki, bu da xolesterolun damarlarda yığılmasına səbəb olur.

2. Damar divarının zədələnməsi. Daxili divarın zədələnməsi damarda xolesterolun yığılması üçün şərait yaradır. Sağlam damarda xolesterol yığılmayacaq. Yeri gəlmişkən, damar divarlarının zədələnməsinin əsas səbəbi şəkərdir.


3. Qanın qatılığının artması. Bu damarlarda trombların əmələ gəlməsinə gətirib çıxardır. Bunun səbəbləri arasında: bəzi qan xəstəlikləri, mayenin az qəbulu və s. ola bilər.
Bu 2 amilin birləşməsi ateroskleroz kimi ağır pozulmanın inkişafına zamin yaradın.


Damarların tıxanması illər ərzində və demək olar simptomsuz inkişaf edir. Tıxanmış damarın harada yerləşdiyindən asılı olaraq (baş-boyun, ürək, aşağı ətraflar və s.) bu kimi simptomlar meydana çıxa bilər:


- başgicəllənməsi
- səbəbsiz yorğunluq
- diqqətin və yaddaşın zəifləməsi
- ürək nahiyəsində ağrılar və sıxılma hissi
- yerimə zamanı sağrı, omba, baldır nahiyəsində ağrılar, axsama.


Sirliqadın.az




Loading...

Reytinq: +1
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}