Loading...
«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
Loading...

Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir

Banan çox faydalı və həmçinin müalicəvi meyvədir. Dünya qida mütəxəssisləri hər gün 1 banan yeməyi tövsiyə edirlər.
Bu sağlamlığı möhkəmləndirmək və bir çox xəstəliklərdən qorunmaq üçün ən sadə və effektli addımlardan biridir.  




Nə üçün hər gün 1 banan yemək lazımdır?
1. Banan qidalı liflər və pektinlə zəngindir. Bu maddələr orqanizmə hər gün daxil olunmalıdır. Qidalı liflər və pektin orqanizmi toksin, zəhər, sərbəst radikallardan təmizləyir və bununla da qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.
2. Kalium və qidalı liflərin sayəsində qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqi tənzimləyir, ürək və damarları xəstəliklərdən qoruyur.
3. Banan həzm proseslərini və metabolizmi yaxşılaşdırır, bağırsaqların işini asanlaşdırır, bağırsaq xərçənginin riskini azaldır.
4. Bananın tərkibində çoxlu sayda müxtəlif orqanizm üçün vacib nutrientlər var - kalium, kalsium, dəmir, marqan, maqnezium, folatlar, niasin, riboflavin və s. Bu mənada bananı təbii vitamin-mineral kompleks hesab etmək olar. Nutrientlər orqanizmi daha möhkəm və sağlam edir, immuniteti möhkəmləndirir, müxtəlif xəstəliklərin riskini azaldır. 
5. B qrupu vitaminləri ilə zəngin olan banan sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, əhvalı yaxşılaşdırır, yuxunu tənzimləyir.
6. Dəmirin sayəsində banan qanazlığı zamanı çox faydalıdır.  




Loading...

Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Şəkildəki sözləri daxil edin:
{sape_links}{sape_article}